Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rus Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 49050 hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 235 təyyarə, 205 helikopter, 2034 tank, 4 403 zirehli döyüş maşını, 1134 top, 153 hava hücumundan müdafiə sistemi, 293 reaktiv yaylım atəş sistemi, 3268 avtomobil texnikası məhv edilib.

Rusiya Müdafiә Nazirliyinin martın 25-dә yaydığı bәyanatda 1351 rus hәrbçisinin öldüyünü bildirib.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə