Qәtәr Pakistana tibbi lәvazimat göndәrib

Qәtәr Pakistana tibbi lәvazimat göndәrib

Qәtәr daşqınlarla mübarizә aparan Pakistana tibbi lәvazimat göndәrib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Qәtәrin rәsmi QNA xәbәr agentliyi mәlumat yayıb. Mәlumata görә, daşqınlardan zәrәr çәkmiş insanlar üçün yaradılan hava körpüsü çәrçivәsindә göndәrilәn ilk yardım tәyyarәsi yola düşüb. Tәyyarәdә tibbi lәvazimatla yanaşı, axtarış-xilasetmə işlərində istifadə olunacaq avtomobillərin olduğu ifadә edilib.

Qeyd edәk ki, Pakistanda iyunun 14-dən etibarən davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1208-ə çatıb.

Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirən 1208 nəfərdən 244-ü qadın, 416-sı uşaqdır.Təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 6 min 82 nəfərə çatıb.

Ölkədə 33 milyon 46 min insanın daşqınlardan zərər çəkdiyi bildirilib.

Daşqınlar nəticəsində yollar su altında qalıb, 243 körpü və 173 mağaza dağılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə