Saray təmirdədir... konsert olmayacaq?

Saray təmirdədir... konsert olmayacaq?

Tbilisidəki İdman Sarayı satirik Maksim Qalkinin və "Maşina vremeni" musiqi qrupunun artıq planlaşdırılan konsertlərini ləğv edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, səbəb binada aparılan təmir işləri göstərilib.

"Bu günlərdə artıq minlərlə bilet satılan konsertlərin təşkilatçılarına tədbir keçirmək üçün zaldan məhrum edildikləri məlum olub. Rəsmi səbəb isə...təmir işləridir". Qeyd edək ki, bunu TASS yayıb.

Amma maraqlıdır ki, konsertlərin keçirilməsi ilə bağlı danışıqlar hələ də davam etdirilir. Qeyd edək ki, bu konsertlərin başqa məkanda keçirilməsi də mümkündür.

Bu arada Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi də öz növbəsində İdman Sarayının şəxsi mülkiyyətdə olduğunu, dövlətin onun işinə heç bir aidiyyəti olmadığını bildirib.

Xatırladaq ki, Tiflisdə sentyabrın 24-də "Ən yaxşı mahnılar" proqramı adı altında "Maşina vremeni" qrupunun konserti, oktyabrın 15-də isə Qalkinin çıxışı olmalı idi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə