Bu günlərdə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov inanılmaz, mən deyərdim ki, ağlasığmaz bir etirafda bulunub. Belə ki, o son günlər postunu tərk etmək barədə düşünməyə başladığını deyib. SİA bu barədə “chechnyatoday. com” saytına istinad edir.
“...Dostlar, bu gün öyrəndim ki, mən Rusiya Federasiyasının təsis qurumlarının hazırkı rəhbərləri arasında “uzun ömürlü”yəm. Çox uzun oturduğumu özüm də fərq etdim. Düşünürəm ki, qeyri-müəyyən və uzun tətilə tam layiq oldum”.
Qeyd edək ki, Kadırov bunu Telegram kanalında yazıb.
Qeyd edək ki, Ramzan 15 ildir Çeçenistan Respublikasına rəhbərlik etdiyini qeyd edərək, evə vaxtında getməyi bilən qonaq haqqında atalar sözünü xatırlayıb.
Maraqlıdır ki, Ramzan abunəçilərinin onu anlayıb və dəstəkləyəcəklərinə ümid etdiyini də bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB