Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrası açılacaq. Erməni saytlarının yazdığına görə bununla bağlı artıq ilkin razılıq da əldə edilib.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu İrəvan universitetinin rektoru Hovhannes Hovhannisyan Təbriz Dövlət Universitetinin rektoru Səfər Nəsrolla Zadə ilə görüşün nəticələrinə istinadən bildirib.
Öz növbəsində İrəvan Dövlət Universiteti təhsil müəssisəsindəki İranşünaslıq kafedrasının nəzdində Atropatena Tədqiqat Mərkəzini (müasir İranın şimal-qərbində tarixi bölgə və qədim dövlət) yaratmağa hazır olduğunu bildirib ki, bu da ehtimala görə, regional tədqiqatlar üçün mühüm platformaya çevrilə bilər.
“...Biz İran universitetləri ilə təkcə təhsil və elm sahələrində deyil, həm də ikitərəfli əlaqələrin dərinləşməsi və möhkəmləndirilməsi kontekstində əlaqələrin inkişafına önəm veririk”.
Qeyd edək ki, bunu erməni rektor Hovhannisyan bildirib.
Təbii ki, Təbriz Dövlət Universitetinin rəhbəri ilə görüşün yekunlarına əsasən, tələbə və mütəxəssis mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müxtəlif akademik və mədəni təşəbbüslərin həyata keçirilməsinə dair də razılıq əldə olunduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB