Moskva yaxınlığındakı Naro-Fominskdə bir nəfər kafenin yaxınlığında 3 nəfəri bıçaqla yaralayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə Şibanovka küçəsində yerləşən kafelərdən birində baş verib. Həmin şəxs vətəndaşlarla mübahisə edərək onları bıçaqlayıb. Nəticədə xəsarət alan 3 nəfər təcili olaraq tibbi yardım üçün xəstəxnaya götürülüblər.
Maraqlıdır ki, sonradan bıçaq yarası alanların Rusiya Daxili İşlər Nazirliyinin Naro-Fominsk şəhər dairəsi üzrə patrul xidmətinin işdənkənar vaxtlarda mülki geyimdə olan əməkdaşları olduğu mlum olub.
Hadisəni törədən şəxs isə tutulub. Bu, 40 yaşlarında olan yerli sakinlərdən biridir.
Daxili İşlər Nazirliyində daxili audit təyin edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB