Tunis ordusunun ölkənin qərbində keçirdiyi antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatının üzvü olan 3 nəfər məhv edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, özlərini İŞİD-in bölgədəki “Xilafət əsgərləri” adlandıran silahlı qruplaşmaya qarşı antiterror əməliyyatı Əlcəzairlə sərhəddə yerləşən Kasserine qəsəbəsi yaxınlığındakı Sallum dağında keçirilib. Terrorçular üç həftə əvvəl bu ərazidə iki Tunis hərbçisini yaralamışdılar. Həmçinin bu silahlı qruplaşma hələ 2011-ci ildə çimərlikdə onlarla əcnəbi turisti qətlə yetirib, bu terror aktından sonra onun üzvləri dağlıq ərazidəki mağaralarda gizləniblər.
Tunis ordusunun sözçüsü bildirib ki, “Xilafət əsgərləri” terrorçu dəstəsinə qarşı 2016-cı ildə keçirilmiş əməliyyat zamanı 55 terrorçu məhv edilib, 13 hərbçi və 7 mülki şəxs həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB