Kolumbiyada silahlı hücum nәticәsindә 8 nәfәr ölüb

Kolumbiyada silahlı hücum nәticәsindә 8 nәfәr ölüb

Kolumbiyanın Uila departamentində naməlum şəxslər tәrәfindәn bombalı vә silahlı hücum törәdilib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bu barәdә El Tiempo qәzetinin yaydığı mәlumatda bildirilib. Mәlumata әsasә, partlayış nəticəsində 8 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Hücumla bağlı rәsmi internet sәhifәsindә paylaşım edәn Kolumbiya Prezidenti Qustavo Petro deyib: “Uila ştatının San Luis şəhərində səkkiz polisin ölümünə səbəb olan bombalı hücumu şiddətlə qınayıram. Onların ailələri ilə həmrəyəm”. Kolumbiya Prezidenti insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin “açıq-aşkar təxribatı” adlandırıb.O, faktla bağlı araşdırmanın aparılması ilә bağlı sәlahiyyәtlilәrә göstәriş verdiyini ifadә edib.

Bütün xəbərlər Facebook səhifəmizdə