...ABŞ prezidenti Ronald Reyqanın keçmiş müşaviri Syuzan Massi 1983-cü ildə dostluq münasibətləri qurduğu KQB zabitinin himayəsi sayəsində Sovet İttifaqına daxil ola bilməsi ilə bağlı danışıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Hər şeydən əvvəl qeyd edək ki, hazırda bizim hesabla 91 yaşı olan Syuzan Massi Nyu Yorkda, İsveçrə diplomatının ailəsində doğulub. Təbii ki, valideynlərinin imkanına görə, yaxşı təhsil də ala bilib. Deyilənlərə görə, Massinin ən böyük xidmətlərindən biri Ağ Evə “düşə bilməsi” və burada prezident Reyqanla Qorbaçov və onun administrasiyası arasında qeyri-rəsmi elçi olmasıdır.
Onu da qaeyd edək ki, Reyqan ilk dəfə Massi ilə onun “Od quşu ölkəsi: Qədim Rusiyanın gözəlliyi” kitabını oxuyanda maraqlanıb. Həmin ərəfədə Massi Reyqandan rus dilində məşhur olan “Güvən, amma yoxla” ifadəsini öyrənməyi xahiş edib.
Ümumiyyətlə Reyqanın rus xalqını başa düşməsindəki əhəmiyyəti, Soyuq Müharibəyə sülh yolu ilə son qoymağa kömək edən bir sıra sənədli filmlərdə ətraflı təsvir edilmişdir.
...Artıq Reyqanla “yaxınlıq” tapan Massi bir müddət sonra ona məktubla müraciət edərək Sovet İttifaqında səfir kimi işləmək istədiyini xahiş etsə də, amma müraciəti cavabsız qalır...və o özü fəaliyyətə keçmək qərarına gəlir.
Beləliklə, Massinin öz diliylə desək, o, 1981-ci ildə SSRİ-yə daxil olmaq üçün icazə almağa çalışarkən DTK zabiti ilə tanış olur. Təbii ki, həmən ərəfədə Sovet səfirliyinə getmək mümkün olmadığından, ona bir nəfərlə görüşməyi təklif edirlər. Məlum olur ki, bu şəxs KQB zabitidir. Yenə də Massinin diliylə desək, həmən adam ağıllı, yaxşı oxuyan, yaxşı söhbət aparmağı bacaranın biri olub.
Və məhz bu zabitin himayəsi sayəsində amerikalı müşavir, 1983-cü ildə Sovet İttifaqına uça bilib. Bundan əlavə, onlar Moskvada, Kalininski prospektində, indiki Novı Arbatda görüşdülər.
Massi danışır: “KQB-dəki dostum nəzakətli idi və mənə necə kömək edə biləcəklərini soruşdu. O andan, əslində, rəsmi sovet orqanları ilə əlaqə saxlamağa başladım. Çünki mən onlar üçün maraqlı idim: ərim və mənim birgə yazdığımız kitablarımız ABŞ-da olduğu kimi, Rusiyada da artıq “məşhur” idi. Bundan əlavə mənim tanışlarım arasında Konqresdə mühüm insanlar da var idi”.
Yeri gəlmişkən, Massi burada ərim deyərkən 1954-1990-cı illərdə birgə yaşadıqları Robert Massini nəzərdə tutur. Deyim ki, onların birgə yazdıqları “Səyahət” kitabı siyasi mövzudan uzaq... hemofiliyalı uşağa qulluq təcrübəsi ilə bağlı olub.
Qeyd edilməlidir ki, Rusiya ilə əlaqəsinin yekunu kimi, Massi 16 may 2021-ci ildə Rusiya vətəndaşı olmaq qərarına gəlir.
Yeri gəlmişkən bu yerdə, Massinin etirafını da diqqətinizə çatdırım: “...Rusiya pasportu almaq mənim üçün şərəf olardı, baxmayaraq ki, ABŞ-da çox güman ki, satqın hesab olunacam”.
Və beləliklə, 2021-ci il dekabrın 30-da Rusiya Prezidenti Vladimir Vladimiroviçin fərmanı ilə Syuzan Massi Rusiya vətəndaşlığına qəbul edilib.
...Yeri gəlmişkən, Suzanna Massi vaxtilə “soyuq müharibəni dayandıran qadın” adlandırılıb. Deyilənə görə, məhz onun sayəsində...
...Reyqanın prezidentliyi dövründə təqdim etdiyi sənədlə ABŞ rəhbərliyi SSRİ-yə “şər imperiyası” kimi münasibətini yenidən nəzərdən keçirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB