Polis idarəsinə hücum olunub

Naməlum şəxs İjevskdə polis idarəsini yandırmağa cəhd edib və həbs zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşını yaralayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu barədə Udmurtiya üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şahidlərin dediyinə görə, hücum edən şəxs binaya dörd “Molotov kokteyli” atıb, onlardan biri girişə dəyib. Onu saxlamağa çalışanda isə o, bıçaq çıxarıb və iki patrul xidməti əməkdaşını yaralayıb.

Rusiya saytlarının yazdığına görə, patrul xidməti əməkdaşları hazırda xəstəxanadadırlar və onlardan birinin vəziyyəti ağır olduğu deyilir.

Hücum edən şəxs də polisin cavab atəşi ilə yaralanıb və xəstəxanaya aparılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə