“Ukrayna Krımı hərbi yolla ala bilməyəcək”

“Ukrayna Krımı hərbi yolla ala bilməyəcək”

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Ukraynanın Krımı hərbi yolla ala bilməyəcəyini deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə İspaniyanın “ABC” qəzetinə müsahibə verərkən deyib.

Maraqlıdır ki, Vladimir Zelenskini Krımı ələ keçirməklə hədələməsini tənqid edən sabiq kansler, onun sözlərinin heç bir məna kəsb etmədiyini bildirib. Onun sözlərinə görə, “...Prezident Zelenskinin Krımı hərbi yolla ala biləcəyi fikri cəfəngiyyatdır”.

Krımın o vaxtkı Sovet lideri Nikita Xruşşovun şəxsi qərarı ilə Ukrayna SSR-in tərkibinə daxil edildiyini deyən Şröder, “...Xruşşov SSRİ-nin heç vaxt dağılmayacağına inandığı üçün belə bir addım atdı”ğını da əlavə edib.

Xatırladaq ki, avqustun 24-də Zelenski Krımı istənilən yolla və tərəfdaş ölkələrlə məsləhətləşmədən geri qaytaracağını bəyan edib.

Bununla belə o, Kiyevin hər gün Moskva ilə qarşılaşmaq üçün daha çox Qərb silahına ehtiyac duyduğunu da gizlətməyib.

...Və sonda onu da bildirək ki, Almaniyanın keçmiş kansleri Gerhard Şröder 2017-ci ildən ruslarla “Rosneft”in Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.

Amma bu ilin mayında Gerhard Şröderin “Rosneft”dəki vəzifə səlahiyyətlərinin uzadılmasının qeyri-mümkün olduğunu elan edilərək onu işindən uzaqlaşdırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə