Ukraynanın baş naziri Denis Şmıqal Avropa İttifaqını Rusiya vətəndaşları üçün viza qadağası tətbiq etməyə çağırıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə,
baş nazir bu barədə Almaniyanın “DPA” agentliyinə danışarkən deyib.
“...Təəssüf ki, sorğular göstərir ki, Rusiyada əhalinin təxminən 80 faizi ölkəmizə qarşı müharibəni dəstəkləyir. Təəssüf ki, bu, təkcə Putinin müharibəsi deyil. 200 min rus əsgəri Ukraynaya qarşı vuruşur. Hətta onların ailələri də buna qarşı heç nə demir, əhali kimi bütövlükdə bu müharibəni dəstəkləyir”, -deyə Şmıqal bildirib.
Maraqlıdır ki, buna baxmayaraq, ukraynalı baş nazir rusları yaxşı və pisə bölməyi də düzgün hesab etmir.
Amma Rusiya ilə bağlı bəzi istəklərini də dilə gətirir. Məsələn, Şmıqala görə, bu gün Ukraynaya təcavüzkar kimi soxulmuş bəzi ruslar bizdə insanları öldürüb zorlayır, digər hissəsi isə Qərbdə yaxşı yaşayır, məzuniyyətə gedir, dolce vitadan həzz alırlar.
Ona görə də, bu gün Rusiya cəmiyyətinə tələbə və turistlər üçün viza qadağası şəklində soyuq duş lazımdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB