Meksikada futbol meydançasına ov tüfəngi ilə hücum edilib - 4 ölü, 10 yaralı

Meksikada futbol meydançasına ov tüfəngi ilə hücum edilib - 4 ölü, 10 yaralı

Meksikada futbol meydançasına silahlı hücum nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA xəbər verir ki, Meksikada futbol meydançasına silahlı hücum nəticəsində Yecapixtla şəhərinin keçmiş meri Refugio Amario Luna da daxil olmaqla 4 nəfər həyatını itirib, ən azı 10 nəfər yaralanıb. Meksikanın Morelos əyalətinin Yecapixtla şəhərində futbol matçı zamanı silahlı şəxslər azarkeşlərə atəş açıb.

Morelos Əyalət Prokurorluğu hadisə ilə bağlı açıqlamasında, Yecapixtla şəhərinin keçmiş meri Refugio Amario Luna da daxil olmaqla, 4 nəfərin futbol meydançasına gələn silahlı şəxslərin hücumu nəticəsində həyatını itirdiyini və çox sayda insanın yaralandığını bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı ən azı 10 nəfərin yaralandığı, hücum edənlərin maşınlarına minərək qaçdığı öyrənilib. Yaralılar hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda bəzi bölgə xəstəxanalarının yenidən hücum olacağı təqdirdə yaralıları qəbul etmədiyi iddia edilib. Baş Prokurorluq hadisə ilə bağlı araşdırmaların aparıldığını və hücum edənlərin tutulması üçün araşdırmalara başlanıldığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə