Əfqanıstanda 47 nəfər öldü

Əfqanıstanın Herat vilayətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb, azı 80 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə