“Krım dardadır”..?
Rusiyanın Moskva və Leninqrad vilayətlərində əsasən Krımın müdafiəsi üçün nəzərdə tutulan gizli səfərbərlik aparılır.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə telemarafon zamanı müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Malyarın dediyinə görə, rusların dününədək az qala “alınmaz qala” kimi təqdim etdikləri Krımın müdafiəsindən indi nigarandırlar deyə, bu istiqamətdə səylərini daha da gücləndirməyə başlayıblar.
”...Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiyada Krımın müdafiəsi üçün Moskva vilayəti və Sankt-Peterburq sakinlərinin gizli səfərbərliyi aparılır”-deyən Malyarın sözlərinə görə, artıq bu günə qədər 1200-ə yaxın çağırışçı Krım ərazisinə gətirilib.
Qeyd edək ki, nazir müavini gətirilənlərin təcrübəsiz olduqlarını da nəzərə çatdırıb.
Yeri gəlmişkən “...ruslarən öz qurğularını partlatmağa, insanların həyatını qurban verməyə meylli olduqlarına” diqqət çəkən Malyar Krım sakinlərini hərbi obyektlərdən uzaq durmağa çağırıb.
Bu arada Ukraynanın “UNIAN” saytı Putinin Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayının artırılması haqqında fərman verdiyini də diqqətə çatdırıb. Belə ki, Ukrayna saytının dediyinə görə, ruslar 2023-cü ilə qədər hərbşilərinin sayını 1,9 milyondan 2,04 milyona çatdırmağı nəzərdə tuturlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB