“Putin özü haqqında yazılan kitabları oxumur”

“Putin özü haqqında yazılan kitabları oxumur”

..Rusiya Federasiyası Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov “Putin yolu. 21-ci əsrin ən populyar rus siyasətçisi haqqında” kitabını imzalamış və Rusiya prezidenti Vladimir Putinə göndərəcəyini vəd etmişdi. SİA bu barədə rus saytlarına istinad edir.

...Gərək ki, bu gün, sentyabrın 2-də Qostiny Dvordakı 35-ci Moskva Beynəlxalq Kitab Sərgisi çərçivəsində kitabın təqdimatı da olub. Deyilənə görə, kitabın oktyabrın 7-də, Putinin 70 illik yubileyinə qədər satışa çıxarıla biləcəyi də ehtimal olunur.

...No, amma bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin özü haqqında kitabları oxumadığını bəyan edib.

Xatırladım ki, müəllif yeni kitabının ilk oxucularından biri kimi, məhz Vladimir Putinə göndərəcəyini bildiririmiş.

Amma Peskov yeni kitabın Rusiya prezidenti haqqında yazılan ilk kitab olmadığını xatırladaraq, Putinin bu kitabla da tanış olacağı ehtimalının sıfıra bərabər olacağını bildirib.

Yeri gəlmişkən mətbuat katibi Kremlin Hüseynovun kitabı haqqında məlumatlı olduğunu bəyan etsə də, lakin, təkrar olaraq, “...prezidentin onunla tanış olacağı ehtimalı yoxdur”-deyə etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə