“Equinor” da getdi...

Norveçin “Equinor” neft-qaz qrupu Xaryaqa Hasilatın Pay Bölgüsü Sazişindən çıxaraq, bununla da özünü Rusiyadakı layihələrdən və aktivlərdən tamamilə azad edib.

SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” bunu şirkətin bəyanatına istinadən xəbər verib.

Ruslar, dəqiq desək, Rusiyanın “Kommersant” nəşri bu gün səhər saatlarında Britaniya-Hollandiya neft-qaz nəhəngi olan “Shell”in “Qazprom Neft”lə “Salym Petroleum Development” birgə müəssisəsindəki payına elə də tanınmayan “Wellnord” gəmiçilik şirkətinin iddialı olduğu barədə məlumat yayıb.

Yeri gəlmişkən xatırladaq ki, yüzlərlə xarici şirkət, o cümlədən tanınmış dünya brendlərinin istehsalçıları artıq Rusiya bazarından müvəqqəti və ya tam şəkildə çıxdılarını elan edib və deyim ki, bu gediş hələ də davam etməkdədir.

Onu da deyim ki, bəzi rus saytları bununla bağlı verdikləri yazılarda son zamanlar “Rusiyadan çıxdıqlarını”, qəribə də olsa, “çıxarıldıqları” kimi yazmağa başlayıblar. Təbii ki, bunun hansı məna kəsb etdiyi və ya edəcəyi hələlik müəmma olaraq qalsa da, amma Rusiyada işsizlıyin ilk əlamətləri artıq sezilməkdədir.

...Və sonda onu da bildirim ki, Norveçin “Equinor” neft-qaz qrupunun tərk etdiyi Xaryaqa neft yatağı Nenets Muxtar Dairəsinin ərazisində yerləşir. Açılışı 1970-ci ilə təsadüf edən neft yatağından indiyə qədər 160,4 млн. т. neft hasil edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə