Gina Andersonun gözlərinin altına qoyduğu doldurucu əvvəlcə işə yarayıb. Lakin 4 ildən sonra onun dərisində bu maddəyə qarşı iltihablı reaksiya yaranmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sağ gözünün aşağı hissəsində yaranan reaksiya zamanla o qədər pisləşdi ki, nəticədə nəhəng qranuloma çevrilib.
Dolğu üçün həmkarına güvənən Gina əslində illərdir üzünə dolğu əvəzinə silikon yeridir. Bu, inanılmaz bir böyüməyə və nəticədə böyük bir çuxura səbəb olub. Bir çox ölkədə silikon inyeksiya etmək qeyri-qanunidir. Çünki bədənə vurulan silikon zamanla orqanizmdə dövr edə bilər və ürək, ağciyər və ya beyin damarlarını bağlaya, həmçinin insult yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB