Türkiədə Çanaqqala Bələdiyyəsinin dəstəyi ilə "Qum Heykəlləri" adlı tədbir keçirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 heykəltəraş uşaqlarla birlikdə əjdaha fiqurları ilə heykəl hazırlayıblar. Tədbir haqqında danışan Elif Çelik bunları deyib: “Böyüklərin və uşaqların birlikdə edə biləcəyi bir fəaliyyət hazırladıq. Qumdan heykəltəraşlıq tədbirimizdə 8 rəssam və heykəltəraş iştirak etmişdir. Heykəllərimizi hazırlayarkən tamamilə təbii, təbiətə uyğun, təbiətə zərəri olmayan materiallardan istifadə olunub. Güzelyalı çimərliyində keçirdiyimiz bu fəaliyyətdə uşaqların diqqətini cəlb etmək üçün əjdaha fiqurunu seçdik. Biz bu gün uşaqların internet və texnologiya asılılığından bir qədər uzaqlaşması, həmyaşıdları ilə qaynayıb-qarışması üçün belə bir tədbir hazırlamışıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB