Ərdoğan gənclərlə görüşüb

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya Gənclik Qolunun ev sahibliyi etdiyi Türkiyə Gəncləri Qeyri-Hökumət Təşkilatları toplantısına qatılıb. SİA xəbər verir ki, Prezident Ərdoğan "tviter" hesabından paylaşım edərək, “AK Partiya Gənclik Qolumuzun ev sahibliyi etdiyi Türk Gənclik QHT-lərinin toplantısına qatıldım və gənc təmsilçilərimizin fikirlərini dinlədim. Partiyamızı ziyarət edən bütün gənclərimizə təşəkkür edir, hər bir gənc qardaşımıza uğurlar arzulayıram"- deyə, fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə