Türkiyədə dəhşətli intihar hadisəsi olub

Türkiyədə dəhşətli intihar hadisəsi olub

Türkiyənin Samsun şəhərinin Anadolu məhəlləsində bir nəfər tüfənglə özünə atəş açaraq intihar edib. SİA-nın "Haber Global" agentliyinə istinadən verdiyi xəbərə görə, 47 yaşlı Mustafa Kaygısız tüfənglə özünə atəş açaraq intihar edib.

Əldə edilən məlumata görə, Mustafa Kaygısız (47) evində əlindəki tüfənglə intihara cəhd edib. Hadisə ilə bağlı polisə məlumat verilib. Hadisə yerinə çoxlu sayda polis qrupu göndərilib. Mustafa Kaygısız hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə