...Ukrayna Prezidenti Vladimir Zelenski Danimarka Krallığının xarici işlər naziri Eppe Kofod ilə görüşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, görüşdən sonra XİN rəhbəri Danimarkanın Ukrayna Silahlı Qüvvələrinə qış geyimləri verəcəyini bildirib.
“...Biz bu köməyi minnətdarıq və həqiqətən yüksək qiymətləndiririk. Biz bunu dövlətlərimiz arasında tərəfdaşlıq və dostluq, isti münasibətlər kimi qəbul edirik. Bu dəstəyə və kifayət qədər sürətli reaksiyaya görə sizə təşəkkür etmək istəyirəm”, - Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Danimarkanın Rusiya Federasiyasına qarşı sanksiyalar siyasətini dəstəkləməsinin vacibliyini vurğulayıb. Zelenski həmçinin Danimarka Krallığına Nikolayev vilayətində Rusiyanın atəşi nəticəsində zədələnmiş infrastruktur obyektlərinin bərpasına qoşulmağa razılıq verdiyinə görə də təşəkkür edib.
Bundan əlavə, Zelenski baş nazir Mette Frederikseni Ukraynaya səfərə dəvət edib. Danimarkanın xarici işlər naziri öz növbəsində Ukraynanın müstəqillik, ərazi bütövlüyü və demokratiya uğrunda mübarizədəki səylərini alqışlayıb.
O, ölkəsinin Ukraynaya lazım olan qədər dəstək verəcəyini istisna etməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB