Putinə müharibəni dayandırmaq üçün mane olan nədir?

Putinə müharibəni dayandırmaq üçün mane olan nədir?

Rusiya prezidenti Vladimir Putin Kalininqradda “Vacib olanlardan danış” adlı açıq dərsdə məktəblilərlə söhbət zamanı Ukrayna ərazisində anti-Rusiya anklavının yaradıldığını bildirib. Bununla bağlı prezident onu da vurğulayıb ki, hərbi əməliyyatın iştirakçıları təkcə Donbass sakinlərini deyil, həm də Rusiyanın özünü qoruyurlar(?).

“Ukraynanın Sovet İttifaqı yaranana qədər heç vaxt dövlətçiliyə malik olmadığını” deyən Putin həmçinin, Rusiya hərbçiləri tərəfindən “işğal olunmuş Ukrayna ərazilərində “məktəblilərin Krım körpüsünü saxta hesab etdiklərini də əlavə edib.

"Hamı hesab edir ki, bu gün Rusiya tərəfindən hansısa aqressiya baş verir. Amma heç kim başa düşmür və bilmir ki, 2014-cü ildə Ukraynada baş vermiş dövlət çevrilişindən sonra Donetsk, Luqansk sakinlərinin əhəmiyyətli bir hissəsində Krım, bu çevrilişin nəticələrini tanımaq istəmədi”.

Bunu Rusiya Federasiyasının prezidenti bildirib.

Maraqlıdır ki, Ukraynaya qarşı müharibəyə hələ 8 il əvvəl başladıqlarını da etiraf edən Putin bütün bunların tamamilə uşaq mövzusu olmadığını, lakin kifayət qədər başa düşülən olduğunu qeyd edib.

Putin daha sonra davam edərək bu gün Rusiyanın əsas məqsədinin bu müharibəni dayandırmaq və insanları qorumaq olduğunu bildirib.

...Və təbii ki, bu müharibədə əsas məqsəd kimi Rusiyanın özünü də qorumaq olduğunu da qeyd edib, çünki son zamanlar guya Ukraynada rusları təhdid edən anti-Rusiya anklavı yaradılmağa başlayıbmış.

Putin, hərbi əməliyyatlarda iştirak edən hərbçilərin öz sağlamlıqlarını riskə ataraq öldüklərini də bəyan edib.

Amma, Putinə görə, onlar canlarını nə üçün verdiklərini başa düşməlidirlər. Guya bu, Rusiya və Donbassda yaşayan insanlar üçün son dərəcə vacib bir şeydir.

Maraqlıdır ki, rus prezident guya Donbassda yaşayanların özlərini “Rusiya dünyasının ümumi humanitar, mədəni, dil məkanının” bir hissəsi hesab etdiklərini də bildirib.

...Qeyd edilməlidir ki, yəqin Siz də diqqət yetirdiniz, Vladimir Vladimiroviç məktəblilər üçün yapdığı çıxışının bir yerində, guya “Rusiyanın əsas məqsədinin bu müharibəni dayandırmaq və insanları qorumaq olduğunu” səsləndirməsidir.

Maraqlıdır, bir halda ki, siz əgər doğrudan da “humanist bir lider kimi” müharibənin əleyhinəsinizsə, sual olunur, bəs onda sizə bu müharibəni dayandırmaq üçün mane olan nədir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə