Ukraynada rusiyalı iş adamının əmlakı müsadirə edildi

Ukraynada rusiyalı iş adamının əmlakı müsadirə edildi

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi rusiyalı iş adamı, AFK Sistema korporasiyasının direktorlar şurasının keçmiş sədri Vladimir Yevtuşenkovun əmlakını müsadirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “TASS” yayıb.

Qeyd edilməlidir ki, hələ bundan bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanı ilə Yevtuşenkovun əmlakına qarşı sanksiyalar tətbiq edilmişdi.

Beləliklə, rusiyalı iş adamının ümumi sahəsi təxminən 100 min kvadratmetr olan 17 mülkü, eləcə də bir neçə Ukrayna şirkətlərindəki səhmləri müsadirə edilib.

Maraqlıdır ki, Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Vladimir Yevtuşenkovun Rusiya ordusu üçün pilotsuz təyyarələr istehsal etdiyini və bu üçün pilotsuz təyyarələrdən dronların Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı istifadə edilməsini müəyyən edib.

O da maraqlıdır ki, bu, Rusiya vətəndaşının Ukraynadakı əmlakının müsadirə edilməsi ilə bağlı ilk qərardır.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya informasiya və analitik agentliyi olan “Rosbalt” Ukraynada Rusiya şirkətlərinə məxsus və ümumi dəyəri 683 min dollar təşkil edən 41 vaqonun müsadirə erildiyi barədə yazmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə