İsrail Hələb beynəlxalq hava limanına hücum edib

İsrail Hələb beynəlxalq hava limanına hücum edib

İsrailin Suriyanın Hələb şəhərindəki Hələb beynəlxalq hava limanına hava hücumu təşkil etdiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, hücum nəticəsində maddi ziyan meydana gəlib. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu isə hava hücumlarının bölgədəki İranın dəstəklədiyi silahlı birləşmələrin mövqelərini və silah-sursat anbarlarını hədəf aldığını iddia edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə