İtaliya hakimiyyəti rusiyalı milyarderin 11 villasını müsadirə edib

İtaliya hakimiyyəti rusiyalı milyarderin 11 villasını müsadirə edib

İtaliya hakimiyyəti rusiyalı milyarder Vyaçeslav Kantorun 11 villasını həbs edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri İtaliyanın “L'Unione Sarda” nəşri yayıb.

Qəzet qeyd edir ki, Avropa Şurası aprel ayında, Avropa İttifaqının ona qarşı sanksiyalar tətbiq edildikdən dərhal sonra onun aktivlərinin müsadirə edilməsi barədə göstəriş verib. Amma maraqlıdır ki, “mürəkkəb mülkiyyət sxemi” səbəbindən proses yalnız avqustda başa çatıb.

Nəşrin məlumatına görə, villalar Sardiniyanın şimal-şərq sahilində Porto Rotondoda yerləşir. Onlardan biri Berluskoninin "Certosa" yay iqamətgahı ilə həmsərhəddir. Həbs edilən villaların bəzilərinin vaxtilə italyan siyasətçinin ailəsindən alındığı da bildirilir. Xüsusilə, “Primavera” villası əvvəllər Berluskoninin anasına, “Dolce Drago” isə kiçik qardaşı Paoloya məxsus olub.

Qeyd edək ki, Avropa İttifaqı və Britaniya Kantora qarşı aprel ayında şəxsi sanksiyalar tətbiq edib. Həmin vaxt o, mineral gübrə istehsalçısı “Akron”un nəzarət paketinə sahib idi. İyun ayında milyarder 45,1 faiz payını şirkətin üç top-menecerinin idarəçiliyinə verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə