Finlandiyanın xarici işlər naziri Pekka Haavisto rəhbəri olduğu təşkilatın yeni viza variantları üzərində işlədiyini bəyan edib. Onun dediyinə görə, hüquq müdafiəçilərinin ölkəyə daxil olmasına imkan verəcək “humanitar viza” adlanan rejimin tətbiqi nəzərdə tutulur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “YLE” saytı yazır.
Qeyd olunur ki, yeni viza növü çətin vəziyyətə düşən hüquq müdafiəçiləri, müxalif jurnalistlər və blogerlər, həmçinin vətəndaş cəmiyyətinin üzvləri üçün nəzərdə tutulacaq.
Haavisto onu da vurğulayıb ki, bu tip Şengen vizasının verilməsi məsələsi fərdi qaydada həll olunacaq.
Qeyd edək ki, bundan əvvəl Baltikyanı ölkələr və Polşanın Avropa İttifaqına daxil olan rusların sayını azaltmaq üçün tədbirlər görəcəyi bildirilirdi. Bildirək ki, onlar Rusiya vətəndaşlarına Şengen verilməsini milli səviyyədə qadağan etməyi planlaşdırırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB