Rusların ölkəyə girişinə qadağa qərarının veriləcəyi tarix açıqlanıb

Rusların ölkəyə girişinə qadağa qərarının veriləcəyi tarix açıqlanıb

Estoniya yaxın bir neçə həftə ərzində əksər rusların ölkəyə girişini qadağan etmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, bunu xarici işlər naziri Urmas Reinsalu deyib.

“...Bu, bir az vaxt aparacaq, lakin mən hesab edirəm ki, daxil olan çoxlu sayda Rusiya vətəndaşını nəzərə alsaq, vaxt kritikdir”-deyə xarici işlər naziri bildirib.

Diplomat qeyd edib ki, ölkə bu məsələdə regional tərəfdaşları ilə birgə hərəkət etməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl Litva prezidenti Gitanas Nauseda Avropa İttifaqı və Rusiya arasında sadələşdirilmiş viza rejiminin dondurulmasını daha ciddi məhdudiyyətlərin başlanğıcı olduğunu bildirmişdi. Maraqlıdır ki, o, ölkəsinin Rusiya vətəndaşları üçün daha sərt viza məhdudiyyətləri vəd edib.

Xatırladaq ki, avqustun 31-də Avropa İttifaqı ölkələri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dondurmaq qərarına gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə