‘‘Hücum silahları qadağan edilmәlidir’’

ABŞ prezidenti Cozef Bayden hücum silahlarını qadağan etmək mәsәlәsindә qərarlı olduğunu bildirib.
‘‘Hücum silahları qadağan edilmәlidir’’

ABŞ prezidenti Cozef Bayden hücum silahlarını qadağan etmək mәsәlәsindә qərarlı olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Cozef Bayden Pensilvaniyada etdiyi çıxışda ölkə daxilində silahlı cinayətlərin azaldılması və şiddətin qarşısının alınması üçün hazırlanan "Təhlükəsiz Amerika Planı" haqqında məlumat verib.

ABŞ ictimaiyyətinin ölkədəki silahlı zorakılıqdan narahat olduğunu bildirən Cozef Bayden bu silahları qadağan etmәk mәsәlәsindә qәrarlı olduğunu deyib.

Amerika Birlәşmiş Ştatları prezidenti deyib: ‘‘ABŞ-da hücum silahları qadagan edilmәlidir. Mәn bunu bir dәfә etmişәm vә bir daha edәcәyәm’’.

ABŞ prezidenti vurğulayıb ki, ölkәdә çox sayda uşaq odlu silahdan ölüb.

‘‘Bu ölkәdә, Amerikada hәr gün cinayәtlәr törәdilir’’,-deyә Cozef Bayden vurğulayıb.

Qeyd edәk ki, Cozef Biden ölkәdә son illərdə artan silahlı hücumlardan sonra Silah Təhlükəsizliyi Qanununu iyun ayında təsdiqləmişdi. Qanun ABŞ Senatı tərəfindən dә qəbul edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə