Roma Papası Fransisk SSRİ prezidenti Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS pontifikinin Qorbaçovun qızı İrinaya göndərdiyi teleqrama istinadən xəbər verir.
“Atanız Mixaili itirməsinin ağrı-acı anında sizə mənəvi yaxınam və sizə, yaxınlarınıza və onu görkəmli dövlət xadimi kimi görənlərə səmimi başsağlığımı bildirmək istəyirəm. Mən onun xalqlar arasında harmoniya və qardaşlığa, o cümlədən mühüm dəyişikliklər dövründə ölkənizdə tərəqqiyə nail olmaq üçün göstərdiyi uzaqgörən səylərini minnətdarlıqla xatırlayıram”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken Sovet İttifaqının yeganə prezidenti Mixail Qorbaçovun “açıqlığı”nın bəşər tarixinin gedişatını dəyişdiyini bildirmişdi.
Onun fikrincə, Soyuq Müharibənin başa çatması, Berlin Divarının yıxılması, ABŞ və SSRİ-nin nüvə arsenallarının azaldılmasına dair ilk razılaşma bir siyasətçinin cəsarəti və qətiyyəti olmadan təsəvvür edilə bilməzdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB