Tennis topu böyüklüyündə dolu yağdı

Tennis topu böyüklüyündə dolu yağdı

Uzun müddətdir quraqlıqla mübarizə aparan İspaniyaya tennis topu böyüklüyündə dolu yağıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dolu fırtınası zamanı xəsarət alan 1 yaşlı qız uşağı ölüb.

Bir yaşlı körpə güclü dolu daşlarının birbaşa vurması nəticəsində xəsarət alan 30 nəfərdən biri olub. Xəstəxanaya aparılan qız bütün müdaxilələrə baxmayaraq saatlarla davam edən həyat mübarizəsini itirib.

Doludan xilas ola bilməyən bir qadın da dağıdıcı fırtınada aldığı xəsarətlərə görə eyni xəstəxanada müalicə olunub. Tibbi yardıma ehtiyacı olan digər 28 nəfərin əksəriyyətinin kəllə-beyin travması aldığı və ya buzla bağlı tikişlər atıldığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə