ABŞ prezidenti Co Baydenin administrasiyası Çinlə gərginliyin artdığı bir vaxtda Konqresdən Tayvana 60 gəmi əleyhinə raket və 100 hava-hava raketi də daxil olmaqla 1,1 milyard dollarlıq silah satışının təsdiqlənməsini istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırlıq mərhələsində olan paketə 355 milyon dollar dəyərində 60 ədəd AGM-84L Harpoon Block II raketi, 85,6 milyon dollar dəyərində 100 ədəd AIM-9X Block II Sidewinder taktiki raketləri və müşahidə radarının uzadılması üçün 655,4 milyon dollar daxildir.
Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu ay Tayvana səfərindən sonra demokratik şəkildə idarə olunan ada ətrafında ən böyük döyüş təlimlərini keçirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB