“Qorbaçov elə də pis adam deyilmiş..?”

“Qorbaçov elə də pis adam deyilmiş..?”

"...SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov işçiləri ilə yaxşı rəftar edirdi”.

SİA xəbər verir ki, bu barədə siyasətçinin cangüdəninin rəhbəri, SSRİ DTK-nın general-mayoru Vladimir Medvedev REN TV-yə bildirib.

Belə ki, o, Qorbaçovun insani keyfiyyətlərindən danışıb. Medvedevin dediyinə görə, keçmiş prezident onlar üçün normal bir insan olub: “...Mənim, şəxsi mühafizədə işləyən digər yoldaşlar kimi, ümumiyyətlə bizim üçün o, yaxşı insan idi”.

DTK-nın general-mayoru SSRİ-nin keçmiş prezidenti haqqında pis heç nə deyə bilməyəcəyini də etiraf edib.

Qeyd edək ki, Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra 91 yaşında Moskvada vəfat edib. Bu, çərşənbə axşamı, avqustun 30-da məlum olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə