İranın xarici işlər nazirinin Rusiyaya səfəri başlayıb

İranın xarici işlər nazirinin Rusiyaya səfəri başlayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Moskvaya səfər edib.

SİA APA-ya istinadən xəbər verir ki, nazir Moskvaya səfəri zamanı rusiyalı həmkarı Serqey Lavrovla müzakitələr aparacaq.

Diplomat jurnalistlərə açıqlamasında bildirib ki, bəzi Avropa ölkələri Ukrayna böhranının həlli üçün İranın da kömək göstərməsini istəyib. Səfərin əsas məqsədi Ukrayna böhranının həlli yönündə danışıqların aparılmasıdır.

Diplomat bildirib ki, səfər çərçivəsində ikitərəfli məsələlər ilə yanaşı Əfqanıstandakı vəziyyət də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə