Ukrayna malların ticarətində rəsmiləşdirmələrin asanlaşdırılması və Avropa ölkələri ilə ümumi tranzit proseduru haqqında konvensiyalara qoşulub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sənədləri prezident Vladimir Zelenski imzalayıb.
Qeyd edək ki, Zelenskinin axşam müraciətində dediyi kimi, bu addım Avropa ölkələri ilə gömrükdə vizasız rejimin faktiki olaraq tətbiqidir. Maraqlıdır ki, bəzi rus saytları buna istehza ilə yanaşdıqlarını da gizlətmirlər.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal, Birgə Konvensiyalar Komitəsinin oktyabrın 1-dən Ukraynanı bu sənədlərə qoşulmağa rəsmən dəvət etdiyini bildirmişdi. Bu, Ukrayna ilə digər Avropa ölkələri arasında malların daşınmasını sürətləndirməyə, sərhəd keçidlərində malların rəsmiləşdirilməsi zamanı gömrük rəsmiləşdirilməsini azaltmağa və faktiki olaraq real vaxt rejimində gömrük orqanları arasında məlumat mübadiləsinə kömək etməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB