Türkiyə Kiyevi dəstəkləməyə davam edəcəyini bildirir?

Türkiyə Kiyevi dəstəkləməyə davam edəcəyini bildirir?

Türkiyənin müdafiə naziri Hulusi Akar Ankaranın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

SİA bu barədə “RİA Novosti”nin mətbuat xidmətinə istinadən yazır.

Agentliyin məlumatına görə, Hulusi Akar ukraynalı həmkarı Oleksiy Reznikovla telefon danışığı aparıb.

Söhbət zamanı Ukraynanın müdafiə naziri Akarı Dumlupınar döyüşündəki qələbə və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.

Türkiyə hərbi lideri Reznikova təşəkkür edib və Ankaranın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Rusların yazırlar ki, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin məlumatına görə, bundan əvvəl Türkiyə Ukraynaya minalara qarşı gücləndirilmiş qoruma ilə öz istehsalı olan Kirpi markalı daha 50 zirehli texnika göndərib.

Ümumiyyətlə, avqustun əvvəlində Türkiyə artıq Ukraynaya 50 zirehli texnika verib.

Hökumətin anonim nümayəndəsinin sözlərinə görə, Kirpinin tədarükü Ukrayna Silahlı Qüvvələri ilə bu maşınları istehsal edən BMC arasında müqavilə deyil, hökumətlərarası razılaşma əsasında həyata keçirilib.

Rusların ehtimalına görə, Kirpi tədarüklərinin davam edəcəyi gözlənilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə