İraqda Sədr Hərəkatının lideri Müqtəda Sədrin tərəfdarlarının paytaxt Bağdadda Yaşıl Bölgəyə basqın etməsi nəticəsində təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 30-dan çox adam ölüb, 350 fəal yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, Yaşıl Zonada Hökumət Sarayına hücum edən Sədr tərəfdarlarına təhlükəsizlik qüvvələri gözyaşardıcı qazla müdaxilə edib.
Sədr tərəfdarlarını Hökumət Sarayından çıxaran təhlükəsizlik qüvvələri sarayın qapılarını bağlayıb və binanı mühafizə altına alıb.
Müqtəda əs-Sədr tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında paytaxt Bağdadda baş verən qarşıdurmada ölənlərin sayı 30, yaralıların sayı 350-i keçib.
İraqın cənubunda da küçələri dolduran Sədr tərəfdarları etirazlara başlayıb və ölkə daxilində müddətsiz komendant saatı elan edilib.
Müqtəda əs-Sədr silahlı toqquşmalar dayanana qədər aclıq aksiyası keçirmək qərarına gəlib. Sədrin sağ əli Həsən Azəri sosial media hesabında yayımladığı açıqlamada belə deyib: “Liderimiz zorakılıq və silahlı qarşıdurma bitənə qədər aclıq aksiyasına başlayıb. Tərəfləri silahlı münaqişəyə son qoymağa çağırırıq”.
Xatırladaq ki, Müqtəda əs-Sədr tərəfdarları başçılarının siyasətdən çəkilmək qərarından sonra Yaşıl Zonada hökumət və prezident binalarına hücum ediblər.
Sədrin silahlıları ilə hökumət qüvvələri və Haşdi əş-Şabi milisləri arasında silahlı toqquşmalar gedir.
Atışmaların davam etdiyi Yaşıl Bölgəyə minaatan mərmiləri də düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB