30 Avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Bayramı ölkə içində, Qıbrızda - Şimali Kipr Türk Respublikasında və xarici nümayəndəliklərdə mərasimlərlə qeyd olunur. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Anıtkabiri ziyarət edib. Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, vitse-prezident Fuad Oqtay, nazirlər, CHP sədri Kamal Kılıçdaroğlu və MHP sədri Dövlət Baxçalı daxil olub.
Türkiyə prezidenti Atatürkün məqbərəsinə əklil qoyub. Mustafa Kamal Paşa, qazilər və şəhidlər bir dəqiqəlik sükutla yad edilib, İstiqlal Marşı oxunub.
R.T.Ərdoğan burada Anıtkabir Xatirə Dəftərinə ürək sözlərini yazıb: “Hörmətli Atatürk, şanlı tariximizin ən mühüm dönüş nöqtələrindən biri olan böyük qələbənin 100-cü ildönümündə silahdaşlarınızı, hörmətli Böyük Millət Məclisinin üzvlərini və şəhidlərimizi rəhmətlə yad edirik.
Qəhrəman şəhidlərimizdən aldığımız ilhamla Türkiyə Cümhuriyyətini bizim qarşımıza qoyduğunuz hədəflər istiqamətində irəliləməyə, iqtisadiyyat, müdafiə və diplomatiya başda olmaqla, hər sahədə gücləndiririk.
Qlobal epidemiya böhranından böyük ruh yüksəkliyi ilə çıxmış ölkəmiz öz bölgəsindəki münaqişələri də uğurla idarə edir, sülhün və sabitliyin yenidən bərqərar olması üçün bütün dünya tərəfindən təqdir olunan diplomatik gedişlər həyata keçirir.
Güclənən, özünə inamı, məzlumlara da ümidi yüksək olan Türkiyənin qurulmasının qarşısını nə mülkədarların hiylələri, nə də qanlı terror təşkilatlarının hücumları ala bilməyəcək. Ruhun şad olsun”.
Qeyd edək ki, Anıtkabir ziyarətindən sonra Prezident Aparatında Ərdoğan 30 Avqust Zəfər Bayramı təbriklərini qəbul edəcək. Sonra prezident tərəfindən Milli Müdafiə Universiteti Hərbi Akademiyasının məzunları qəbul olunacaq, onlara diplomlarının verilmə mərasimi keçiriləcək. Daha sonra Ərdoğan Prezident Kompleksində olacaq 30 Avqust Zəfər Bayramı konsertində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB