Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna-Rusiya müharibəsində hər iki ölkənin qəbul edəcəyi danışıqlar yolu ilə sülhün əldə edilməsinin vacibliyini bildirərək "Dialoq gedir və əlimizdən gələni edirik" dedi.
SİA-nın əldə etdiyi məlumata görə, Sloveniyada keçirilən 17-ci Bled Strateji Forumunda iştirak edən Mövlud Çavuşoğlu "Avropada nə qədər avropalı var?" panelində qonaq olub.
Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin gec-tez bitəcəyini, lakin bunun nə qədər davam edəcəyinin bilinmədiyini söyləyən M.Çavuşoğlu "Və biz bu müharibədən dərs alacağıq?" sualına belə cavab verib: “Hər iki ölkənin qəbul edəcəyi danışıqlar yolu ilə sülh əldə edilməlidir. Ancaq eyni zamanda, Ukrayna üçün ədalətli sülh olmalıdır. Nə demək istəyirik? Ukraynanın ərazi bütövlüyü təmin edilməlidir. Bəli, dialoq gedir. Biz hər iki tərəfə çıxışı təmin edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB