Portuqaliyanın səhiyyə naziri istefa verib

Portuqaliyanın səhiyyə naziri istefa verib

Portuqaliyanın Səhiyyə naziri Marta Temido təcili doğum xidmətlərini müvəqqəti bağlamaq qərarına gəldikdən sonra ciddi reaksiya ilə qarşılaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu reaksiyadan sonra nazir istefa verib.

Səhiyyə Nazirliyi açıqlamasında bildirib ki, Temido bu şərtlər altında iş həyatına davam edə bilməyəcəyini anladı.

Temidonun istefasını qəbul edən Portuqaliyanın Baş naziri Antonia Kosta, xüsusilə Covid-19 epidemiyasında peyvənd kampaniyasındakı uğuruna görə Temidoya təşəkkür edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə