Yunanıstanın Lefkada adası yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Afina Milli Rəsədxanası zəlzələnin yerli vaxtla saat 06:49-da baş verdiyini bildirib.
Zəlzələnin episentrinin Vasiliki kəndi olduğu açıqlanarkən, zəlzələnin 16,5 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ nəticəsində can və mal itkisinin olmadığı bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB