İraqda Sədr Qrupunun lideri Müqtəda əs-Sədrin siyasətdən getmə qərarından sonra başlayan gərginlik silahlı qarşıdurmaya çevrilsə də, bu gün ölkə daxilində bayram elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İraq Nazirlər Şurasından verilən açıqlamada çərşənbə axşamının paytaxt Bağdad başda olmaqla ölkə daxilində rəsmi tətil elan edildiyi açıqlanıb.
Sədr Qrupunun lideri Müqtəda Sədr siyasətdən getdiyini elan etdikdən sonra tərəfdarları qorunan Yaşıl Zonada Prezident Sarayına basqın ediblər. Etirazçıları çıxarmaq üçün təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bəzi etirazçılar həyatını itirib, onlarla insan yaralanıb.
Bağdadda Yaşıl Zonada və onun yaxınlığında silahlı toqquşmalar hələ də davam edir. İraq hökuməti növbəti xəbərdarlığa qədər ümummilli komendant saatı elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB