Toqquşan avtomobillər alovlanıb

Meksikada baş-başa toqquşan iki avtomobil qəzadan sonra yanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Meksikanın Puebla əyalətinin Tehuacn şəhərində yük maşını ilə minik avtomobili üz-üzə toqquşub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Qəzadan sonra hər iki avtomobil yararsız hala düşüb. Səlahiyyətli şəxslər qəzanın avtomobillərdən birinin qarşı zolağa keçməsi nəticəsində baş verdiyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə