Cin ABŞ-dan tələb edir: Tayvana silah satma!

Cin ABŞ-dan tələb edir: Tayvana silah satma!

Çin regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün ABŞ-dan Tayvana silah satışını dayandırmağı və ada ilə hərbi əlaqələri dayandırmağı tələb edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti”yə Çinin Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Liu Penyuy məlumat verib.

Diplomat vurğulayıb ki, ABŞ-ın Tayvana silah satması “vahid Çin” prinsipini, eləcə də üç birgə Çin-Amerika kommünikesinin müddəalarını pozur. Bundan əlavə, o qeyd edib ki, bu cür hərəkətlər Tayvanpərəst separatçı qüvvələri təşviq edir və Tayvan boğazında gərginliyin artmasına səbəb olur.

Penyuy, Pekinin öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün qəti və təsirli tədbirlər görəcəyni bir daha Vaşinqtona xatırladıb.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl “Politico” nəşri ABŞ prezidenti Cozef Bayden administrasiyasının Konqresdən Tayvana 1,1 milyard dollarlıq silah satışını təsdiq etmək barədə xahişlə müraciət edəcəyini bildirmişdi.

Qeyd edək ki, müqavilə layihəsi, digər məsələlərlə yanaşı, adanın hakimiyyət orqanlarına 60 gəmi əleyhinə raketin və 100-ə yaxın “hava-hava” raketinin satışını nəzərdə tutur.

Xatırladaq ki, Tayvan ətrafında vəziyyətin gərginləşməsi ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-də adaya səfəri fonunda baş verib. Pekin amerikalı siyasətçinin səfərini vahid Çin prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə