Yalta İqtisadi Forumu yenidən bir il təxirə salındı

Yalta İqtisadi Forumu yenidən bir il təxirə salındı

Bu ilin payızına planlaşdırılan Yalta Beynəlxalq İqtisadi Forumu gələn il keçiriləcək,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu

Rusiya Federasiyasının Prezidenti yanında Krımın daimi nümayəndəsi Georgi Muradov bildirib: “...O, gələn ilə qədər təxirə salınıb”.

Fevralın ortalarında forumun təxirə salınmasına səbəb kimi koronavirus pandemiyası göstərildiyi vaxt payız ayına təyin edilib. Aprel ayında Krımın rəhbəri Sergey Aksyonov Yalta Beynəlxalq İqtisadi Forumunun “qeyri-sabit beynəlxalq vəziyyətə görə” 2022-ci ilin dördüncü rübünə təxirə salındığını elan edib.

Xatırladaq ki, forum sonuncu dəfə 2019-cu ildə keçirilib. 2020-ci ildə forumun aprelin 23-25-də keçirilməsi nəzərdə tutulurdu, lakin koronavirusun yayılması səbəbindən 2021-ci ilin noyabrına, sonra isə 2022-ci ilin yazına qədər təxirə salınıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə