Gərək ki, SİA ötən gün Rusiya ordusunda silah-sursatla bağlı yaranmış “qıtlıq” barədə xəbər vermişdik. Budur, Ağ Ev Kremlin İranın pilotsuz uçuş aparatlarının alınmasına dair Tehranla danışıqlar apardığı barədə məlumat yayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bəyanatla Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.
Maraqlıdır ki, bununla bağlı jurnalistlərin koordinatordan sübut istəmələrinə, o, Ağ Evin bunu diqqətlə izlədiyini bildirirb.
Onun sözlərinə görə, doğrudur, hazırda ABŞ hakimiyyəti Rusiyanın İran istehsalı olan pilotsuz təyyarələr almasına dair elə də bir əlamətlər hələ ki, görməyib.
...Rusların Ukraynada istifadə üçün İran pilotsuz uçan aparatlarını əldə etmək üçün səy və ya istək çatışmazlığının heç bir əlamətini görmədiklərini etiraf edən Con Kirbi, amma bu satınalma və çatdırılmanın yaxınlarda reallaşacağına əmin olduğunu da gizlətməyib.
Qeyd edək ki, hələ iyul ayında ABŞ prezidenti Cozef Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İranın Rusiyaya bir neçə yüzə qədər pilotsuz uçuş aparatlarını ötürmək niyyətində olduğundan şübhələndiyini bildirmişdi.
Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti Tehranın Moskvaya pilotsuz təyyarələr tədarük edəcəyi təqdirdə İran və Rusiyaya qarşı “Amerikanın sanksiyaları mexanizmlərindən fəal şəkildə istifadə edəcəyi ilə” hədələyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB