ABŞ Müdafiə Nazirliyi ölkədə Kiyevə hərbi yardım göndərilən silah ehtiyatlarının tükənməsindən ehtiyat edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Wall Street Journal” yayıb.
Nəşrin Amerika hərbi departamentinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, son altı ay ərzində ABŞ Ukraynaya 16 ədəd HİMARS reaktiv yaylım atəş sistemi, minlərlə silah, pilotsuz uçuş aparatları, raketlər və digər silahlar verib. Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, daşınmaların əksəriyyəti, o cümlədən döyüş sursatı birbaşa ABŞ-ın ehtiyatlarından verilib. Beləliklə, gözlənilməz təhlükələr üçün nəzərdə tutulan silah anbarı tükənir.
Beləliklə, Birləşmiş Ştatlar silah və sursat çatışmazlığının Amerika ordusunun döyüş hazırlığını təhlükə altına atacağından ehtiyat edir.
Bundan əlavə, Pentaqon arsenalını doldurmaqla bağlı fəaliyyəti ləng həyata keçirilir. Xüsusilə, ABŞ-da 155 mm-lik mərmi çox az qalıb.
Rəsmilərin sözlərinə görə, ölkədə döyüş sursatı üçün sifariş verildiyi andan onların istehsalına bir ildən bir il yarıma qədər vaxt lazımdır. Eyni zamanda, raketlərin və dronların ehtiyatlarının doldurulması daha uzun çəkə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB