Türkiyənin ixracı iyulda 13,4 faiz artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) iyul ayı üzrə xarici ticarət statistikasını açıqlayıb.
Türkiyənin ixracı iyulda 13,4 faiz artıb

Türkiyınin ixracı iyulda 13,4 faiz artıb.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Statistika Təşkilatı (TÜİK) iyul ayı üzrə xarici ticarət statistikasını açıqlayıb.

Buna görə ölkənin ixracı iyul ayında 13,4 artaraq 18 milyard dolları keçib.

Ümumi ixracda emal sənayesinin payı 94,2 faiz təşkil edib.

Türkiyədən ən çox ixrac 1 milyard 490 milyon dollarla Almaniyaya edilib.

Almaniyanı müvafiq olaraq ABŞ, İngiltərə və İraq izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə