TOGG və “Smart-IX” iş ortaqlığı müqaviləsi imzaladılar

Mövzu ilə bağlı TOGG-un rəsmi “twitter” hesabında yazılıb...
TOGG və “Smart-IX” iş ortaqlığı müqaviləsi imzaladılar

Türkiyənin Avtomobil Təşəbbüs Qrupu – TOGG istifadəçi təcrübəsində süni intellektlə dəstəklənən həllər təklif edən proqram şirkəti “Smart_IX” ilə iş ortaqlığı müqaviləsi imzaladı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Mövzu ilə bağlı TOGG-un rəsmi “twitter” hesabında yazılıb: “İstifadəçi təcrübəsi sahəsində süni intellekt tərəfindən dəstəklənən, həllər təklif edən “SMART_IX” ilə strateji əməkdaşlığımızla biz mobillik ekosistemimizi genişləndirir və “Ağıllı həyat” xidmətlərimizin təhlükəsiz, sürətli və ətraf mühitə uyğun olmasını təmin edirik”.

Türkiyənin yerli avtomobili TOGG-un oktyabrın 29-da istehsala acılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə