Prezident Rəcəb Tayyib Ərdoğan içində olduğumuz əsri Türkiyə əsrinə çevirməkdə qərarlı olduqlarını söylədi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyənin Kütahya rayonunda 30 avqust 1922-2022-ci illər Böyük Zəfərinin 100-cü ildönümündə iştirak edən Ərdoğan burada xalqa müraciət edərək dünyanın iqtisadi baxımdan çətin bir dövr keçirdiyini söyləyərək deyib: “Siz baxmayın Avropa və Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş ölkələrin özlərini “elə bir problem yoxmuş” kimi davranmalarına, əmin olun ki, başlarının üstündə qara buludların daşıdığı fəlakətli yağışlar müqayisə edilə bilməz. Onlar təbii qaz tapa bilmir. Avropada supermarketlərin rəfləri boşalır. İndi biz kənd təsərrüfatı kredit kooperativləri ilə məhsullarımızı vətəndaşlarımıza daha ucuz satmağa başlamışıq və bundan sonra da bu işlər artacaq.
Türkiyənin iqtisadi modeli məşğulluq və istehsalı dəyişdirən qlobal fırtınadan ən az itki ilə çıxacaq.
Yeni ildən sonra həyata keçirəcəyimiz siyasətin və tədbirlərin vətəndaşlarımızın gündəlik həyatında müsbət əksini görəcəyik.
İçində olduğumuz əsri Türkiyə əsrinə çevirməkdə qərarlıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB